Hüseyn Hüseynzadə
11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə “Vışka” qəzetindən başlamışdır. “Kommunist”, “Pionerskaya Pravda”, “Komsomolskaya pravda” adlı qəzetlərdə fəaliyyətinə davam edib. “Neft gəldi” və “Qazma ustası Faiq Əliyev” adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində “Azərbaycanın kulinariya ensiklopediyası” yaranmışdır və beləliklə Odlar Yurdunu bütün dünyaya tanıtmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – “Press Foto-62” beynəlxalq sərgi mükafatı, Azərbaycanın “Qızıl qələm” Jurnalistlərinin İttifaqı (1967), Berlində “İnterpresfoto” sərgilərinin mükafatı.