portret FARID XAYRULIN

Fərid Xayrulin

fotoqrafiyaya AziNeftXimdə ikən başlayıb. Fotokamera aldıqdan sonra qatıldığı ilk fotomüsabiqə Jurnalistlər Birliyinin təşkil etdiyi “Semiletka – v deystvii” fotomüsabiqəsi olmuş və 3-cü yeri tutmuşdur. “Bakı” – “Mənim Bakım”  qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Kazanda Universitetə daxil olduğu zaman fotoqrafiya sahəsində artıq 3 illik təcrübəsi var idi. 1969-cu ildə burada ilk foto sərgisi olmuş, 40 il sonra 2009-cü ildə yenidən Kazanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində fərdi sərgisini təşkil etmişdir. Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirmişdir.  “Bakı” – “Mənim Bakım” qəzetindən sonra, “Azərbaycan Gəncləri”, “Abşeron” qəzetlərində və “Azerinform” xəbər agetnliyində çalışmışdır. 1988-ci ildən başlayaraq “Azərinform” xəbər agentliyi mütəmadi olaraq Farid Xayrulinin Qarabağ və Bakı haqqında foto işlərini Moskvaya göndərmişdir.  O, Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətində çalışmış, “Reuters” və AP xəbər agentlikləri ilə əməkdaşlıq etmişdir.   Fərid Xayrulin SSRİ və Azəbaycan Jurnalistlər Birliyinin üzvü, SSRİ Foto-Rəssamlar Birliyinin üzvü, Azərbaycan fotoqraflar Birliyinin üzvü, “Humay” mükafatı laureatı , “Qızıl Arqus” və H.Zərdabi adına mükafatların sahibi olmuşdur. http://irs-az.com/new/pdf/201505/1430920361016623110.pdf