PORTRER AQELI MAMMEDOV109

Ağəli Məmmədov

1942-ci ildə Lerik şəhərində anadan olub. Hələ 10 yaşında ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdülər. Bakının Maştağa kəndi onun içindəki fotoqrafiya sevgisini kəşf etməsinə səbəb olmuş və fotoqrafiyanın sirlərini öyrənməyə başlamışdır. Məktəbi bitirdikdən sonra, Ağəli hərbi xidmətə getmişdir. Krasnoyarskda hərbi xidmətə davam etdiyi dövr ərzində Surik adına peşə məktəbində fotoqrafiya üzrə  ilk təhsilini almışdır. Hərbi xidmətdən sonra Bakıya qayıdan Ağəli M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun Rus dili və ədəbiyyatı fakultəsinə daxil olmuşdur. Eyni zamanda Ağəli  “Bilik” qəzetində mətbuat fotoqrafı vəzifəsində çalışaraq özbacarığını portret janrında göstərmişdir. O, tez-tez xarici ölkələrə səfəre tmiş və bu səfərlərin birin də  1978-ci ildə Gürcüstanın Rustavelli şəhərində ikən bir azərbaycanlı əsgərin öz həyat yoldaşına məktub yazdığıanın fotosunu çəkmişdir. Bu foto “Sevdiyimə məktub” adı ilə redaksiyay daxil olmuş və fotokonkursda  1ci  yerə layiq görülməsinə səbəb olmuşdur. 1981-ci ildə “Azərinform”un redaktorundan iş təklifi almışdır. Bura dakı işi ona şöhrət gətirmiş və 1984-cü ildə o bir qrup tədqiqatçılarla birlikdə Anqoladakı vətəndaş və inqilab müharibəsini işıqlandırmaq üçün Konqoya getmişdir. 1985-ci ildə “Neftçilər” adlı fotoəsəri Lepziqdəki müsabiqədə gümüş medala layiq görülmüşdür. 1988-ci ildə Qarabağ müharibəsi və 1990-cı ildə Yanvar hadisələrində fotoqraf kimi iştirak etmişdir. Hal-hazırda AğəliMəmmədov  “Azərbaycan” qəzetində çalışır. http://irs-az.com/new/pdf/201309/1380010253401119385.pdf