Rauf Umudov Xankişi oğlu

 02 iyul ,1956-cı il Bakıda anadan olub, İncəsənət instutunu bitirmiş – ali təhsilli

AMEA- Nizami Gəncəvi adına milli ədəbiyat muzeyinin fotolaboratoriya müdiri.

2010-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin idarə heyyətinin üzvü, sədr müavini.

1994-cü il Fransada keçirilən azərbaycan fotoqraflarının sərgisində, beynəlxalq foto festivalarda iştirak etmış.

2002-ci ildə Bakıda keçirilən I Beynəlxalq fotofestivalın iştirakçısı.

2014-cü il Şimali Türk Cumhuriyyəti, Yakın Doğu universitetinin ənənəvi VIII foto günlərinində “Azərbaycan fotoqrafiya tarixi” mövzusunda  toplantı iştirakçılarına məruzə etmişdir.

2015-ci ildə “Belorusiya fotolarda” fotomüsabiqəsinin qalibi ( 1-ci mükafat). 2015-ci il Rio de Janeyroda Azərbaycan Mədəniyyət Həftəsi günlərində 25 apreldə  açılmışAzərbaycan dünən, bu gün, sabah” adlı foto sərgisində iştirak etmişdir.

Respublika mətbuatında- “Bakı və Baku” axşam qəzeti,” Azərbaycan gəncləri “ və “Səhər “qəzetin,” Gənclik” və “Molodost “ Jurnalında fotomüxbir işləmiş. Bir neçə kitabın , o cümlədən “ Söz heykəli” kitabının foto müəllifidir. Hal hazırda     “ Azərbaycan  Xalçaları” jurnalının fotomüxbiridir.

Azərbaycan Fotoqrafları Birliyini xarıcdə təmsil etmiş, Türkiyə Egey fotoqrafları və cinema dərnəyi ilə, Kuşadası “Kudsaf” dərnəyi, Gürcüstan Fotoqraflar Assosasiyası və Türkiyə, Gürcüstan, Azərbaycan fotoqraflarınin əməkdaşlığı ilə bağlı memaranduma imza atmışdır.

2015-ci ildən Gürcüstan Fotoqrafları Assosasiyasının “ Fəxri üzvü”, Şərq əməkdaşlığı ölkələrinin (6 ölkə) fotoeksperti, beynəlxalq münsiflər heyyətinin üzvü

Foto sənətində bir çox yetirmələri  hal hazırda mətbuatda çalışırlar.

2010-cü ildə “Türksoy”-un Başqırstanda (VI)  keçirilən yaradıcı fotolaboratoriyada iştirakçı, 2013-cü ildə “Türksoy”-un  Azərbaycanda (X) keçirilən tədbirində isə  həm iştirakçı, həm də fotoqrafların kordinatoru olmuşdur. 2016-cı ildə Moskvada keçirilən fotomüsabiqənin münsüflər heyətinin sədri təyin olunmuşdur.

Bilgisayar qrafika proqramlarında Corel və photoshopla  reklam, dizayn işləri ilə 1999-cu ildən professional çalışır. 

2015-ci il Gürcüstan Fotoqrafları Assosiasiyasının “professional fotoqraf” sertifikatı verilmişdir.

2011-ci ildən AFB-nin idarə heyətinin üzvü.