İlkin Səlifov 7 İyun 1991-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra iqtisadiyyat ixtisası üzrə Bakı Dövlət Universitetinə qəbul olmuşam. Fotoqrafiyaya həvəs məndə universitet illərində yaranmışdır. İlk fotolarımı telefonla çəkməyə başlamışdım və bu sadəcə mənim üçün bir hobbi idi. Universitetin üçüncü kursunda mən özümə ilk həvəskar fotokameramı aldım. Bu “Nikon P500” idi. Bu fotoaparatla mən daha gözəl təbiət şəkilləri çəkməyə başlamışdım. 2012-ci ildə universiteti bitirdim və magistr dərəcəsi almaq üçün Dövlət İqtisad Universitetinə daxil oldum. İkinci kursda təhsilimi yarımçıq saxlayaq bütün həyatımı fotoqrafiyaya həsr etməyi qərara aldım və fotoqrafiya ilə peşəkar məşğul olmağa başladım. İlk peşəkar fotokameram isə “Canon 5D Mark II” oldu. O vaxtdan bəri mən, modeller üçün fotossesiyalar həyata keçirir, fərqli tədbirləri çəkir və reklam xarakterli çəkilişlərin sifarişlərini qəbul edirəm. Bu işin kommersial tərəfindən asılı olmayaraq, mən fotoqraf kimi hələ də öz işimə həvəslə yanaşıram, fərqli festival və müsabiqələrdə iştirak edirəm. Bunları təstiq edən müxtəlif diplom, sertifikat və təşəkkür məktublarım var. 2016-cı ildə Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi aylıq müsabiqədə iki dəfə qalib olmuşam. Həmin ildə Çelyabinsk şəhərində keçirilən 7-ci beynəlxalq foto festival “FOTOFEST 2016”-da iştirak etmişəm.  2017-ci ildə Azərbaycan Fotoqraflar Birliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə keçirilən “Könüllülər hərəkatə fotoqrafların gözü ilə I Ümumrespublika açıq fotosərgisi”-də fotolarım yayımlanıb və sertifikatla təltif olunmuşam.  AFB-nin üzvüyəm.