Həsənov Babək 26 dekabr 1975-ci ildə Cəlilabad rayonu Prişib (indiki Göytəpə) şəhərində anadan olmuşam. 1983-cü ildə orta məktəbə getdim və 1993-cü ildə orta məktəbi bitirib Bakı Biznes Universitetinə qəbul olundum . Maliyə-kredit və bank işi fakultəsini bitirmişəm. Hal hazırda General Motorsun Azərbaycanda rəsmi dileri olan Performance Center şirkətində ehtiyat hissələri üzrə marketinq və loqistika şöbəsinin müdiriyəm.
Fotoqrafiya ilə uşaq yaşlarımda məşğul olmağa başlamışdım. Artıq 8-9 yaşlarımda ilk foto kameramı almışdım- Smena 8M. Sonra yavaş-yavaş daha ustün kameralar almağa başladım: Smena Symbol, Zorkiy, Fed3 , Fed 5B və nə nəhayət Zenit. Fotolentləri özüm ev şəraitində yuyub , çap edirdim. Evin bir otağın az qala laboratoriya etmişdim. Orta məktəbi bitirənə qədər xobbi olaraq fotoqrafiya ilə məşğul oldum. Sonradan çoxlu fotoçapetmə (konikalar,kodaklar və s.) yerləri açıldı və məndə bu sahəyə həvəs itdi.

Son 3-4 il ərzində yenidən fotoqrafiyaya qayıtdım. Öncə rəqəmsal kamera ilə başlasam da , hal hazırda paralel olaraq lentə də çəkirəm və o vaxtlar imkan tapıb medium formata keçə bilmədiyimdən, indi Kiyev 60 aparatı almışam və medium formatda fotolar çəkməyə başlamışam.
AFB-nin üzvüyəm. Bəzi rus saytlarında keçrilən foto müsabiqələrdə diplom və sertifikatlara layiq görülmüşəm.  Azərbaycanda keçirilən yerli və beynəlxalq idman yarışlarında AFB-ni təmsil etmişəm və çəkdiyim fotolar AFB-nin rəsmi saytında və sosial şəbəkələrdə yayımlanıb.