Süleyman Amira Nəcəf qızıAzərbaycan Fotoqrafları Birliyinin sədri vəzifəsini icra edən

1985-ci il may ayının 10-da Bakının Əmircan kəndində anadan olmuşdur. Amira Süleyman 2004-cü ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərir. 2010-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Fotoqrafiyanı daha mükəmməl və dərindən öyrənmək üçün Azərbaycan Fotoqrafları Birliyinin nəzdində Fotaqrafiya məktəbinin 3 aylıq kursunu uğurla bitirmişdir. S.Amira daha sonralar Ankara və Bursada foto dərsləri almış, seminarlarda iştirak etmişdir. 2022-ci ildə birliyin İdarə heyətinin üzvü və sədr müavini seçilmiş, 2023-cü ildən Birliyin sədri vəzifəsini icra edir. 2013-cü ildən SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində fotoqraf vəzifəsində çalışır.

Əhmədov Ayxan Əbdül-Kərim oğluİdarə heyətinin üzvü

17.08.1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1997-ci ildə Bakı Türk Anadolu Liseyində bitirib. 1997-2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetini “Televiziya rejissoru” ixtisası üzrə  bakalavriyatı bitirib. 2001-ci 2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin “Teatrşünaslıq” ixtisası üzrə magistraturanı bitirib. 2008-ci – 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsini bitirib. Uzun illər müxtəlif yerli və xarici telekanallarda rejissor, aparıcı və redaktor vəzifələrində çalışıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan müxtəlif müəssisələrə rəhbərlik edib. «Dövlət Əhəmiyyətli Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Mərkəzinin» yaradıcısı və rəhbəri olub. Hal-hazırda “Hunting Group” MMC – də Silah və hərbi avadanlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərir.

İbadov Vüqar Fəxrəddin oğluİdarə heyətinin üzvü

1978-ci il oktyabır ayının 7-si Bakı şəhərində anadan olub. 1998-ci ildə ANS-TV, 2004-cü ildə SOY production-da, həmçinin ştatdan kənar (stinger) “Reuters” informasiya agentliyində Foto-TV xidmətində çalışıb. 1999-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. 2012-ci ilin sentyabr ayından Türkiyənin dövlət informasiya agentliyi Anadolu Ajansı Kafkaslar bürosunda fotomüxbir vəzifəsində çalışıb. 2013 ildən etibarən isə Bakı Media Mərkəzinin fotomüxbiridir.