Birinci məktəblərarası fotomüsabiqə

Bizim məktəb, bizim sinif. Hər gün görüşdüyümüz məktəb və sinif yoldaşlarımız, müəllimlərimiz  üçün darıxdığımız vaxtlarda məktəbdə keçirdiyimiz əvəzolunmaz günlər. Bütün bunlar illərlə xatirəyə çevrilir.

Fotoqrafiya xatirələrimizi ömür boyu yaşadacaqdır! Gəlin təkrarolunmaz günlərimizi fotolarda yaşadaq!

“Bu bizik” şəhər məktəbləri üzrə şagirdlər (müəllimlər də iştirak edərsə, ən yaxşı fotoya görə xüsusi mükafat verilə bilər) arasında keçiriləcək foto müsabiqənin mövzuları:

Tənəffüs

Mənim müəllimim

Dostlarım (sinif yoldaşlarım)

Məktəb həyatı (3-5 foto bir iş kimi qəbul olunacaq)

Hər müəllifdən nominasiyalar (1,2,3,4) üzrə 4 foto, uzun tərəfi 1200 piksel olmaqla, fotoşopda yersiz dəyişiklik etməmək şərti ilə qəbul olunur. Müsabiqədə fotoaparatla və mobil telefonla da çəkilmiş işlər qəbul olunur.

Fotoları 18 fevral 00:00 qədər göndərmək vacibdir(vaxtından gec göndərilən şəkillər qəbul olunmayacaq). Azərbaycan Fotoqrafları Birliyi-nin komissiyasının seçdiyi fotolar,  məktəbin ‘Facebook’  səhifəsində paylaşılacaq (https://www.facebook.com/XXICenturyschool) və sərgimizdə nümayiş olunacaqdır. Sərgi günü hər nominasiyadan bir foto seçiləcək  və komissiya tərəfindən mükafatlandırılacaqdır. Eyni zamanda, ‘Facebook’-da ən çox səs yığan iştirakçı mükafat alacaqdır.