Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə təşkil edilmiş “Kainatı kəşf edək” fotomüsabiqəsinin nəticələri açıqlanıb.

Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran və Qazaxıstandan peşəkar fotoqraf və həvəskarların müsabiqəyə təqdim etdiyi 100-dən çox fotoşəkil münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun qərara görə, I yerə Ali İhsan Öztürk, II yerə Aleksandr Ağababayev və III yerə Etibar Cəfərovun çəkdiyi fotoşəkillər layiq görülüb.

Bundan başqa, 25 ən yaxşı iş tədbir çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edilmiş fotosərgidə nümayiş olunub.

Tədbirin sonunda qaliblər diplomla mükafatlandırılıb, “Kainata səyahət” astroturizm mərkəzində istirahət imkanı qazanıblar. Sərgidə iştirak edən fotoşəkillərin müəlliflərinə isə sertifikatlar təqdim olunub.