“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Sizi “Bakı Foto 2017” foto müsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasiminə dəvət edir. 17 sentyabr 2017-ci il tarixində müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi keçiriləcək. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək: “İçərişəhər: Dünən, Bu Gün”, “Portret”, “Təbiət”, “Tədbirlər” və “Bədii Fotoşəkil”. Sərgidə qaliblərin fotoşəkilləri ilə yanaşı, finalçıların da işləri nümayiş olunacaq. Müsabiqədə eyni zamanda “100 Business Women of Azerbaijan” təşkilatının təsis etdiyi “Qadın fotoqraf” nominasiyasının qalibi də təqdim olunacaq. Müsabiqənin münsiflər heyətinə Sənan Ələskərov və Quram Sibaxaşvili daxildir.
Sizə Böyükqala 42/19 ünvanında sərgiyə gözləyirik.⁠⁠⁠⁠