31 iyul, “Rəssamla tanışlıq” layihəmizin növbəti qonağı fotoqraf Elmar Mustafazadə olacaq.

Elmar Mustafazadə 1980-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq İqtisadi münasibətlər və menecment fakültəsini bitirib. İxtisası üzrə bir müddət işləyərək, qərara gəlir ki, yaradıcılıqla, incəsənətlə məşğul olmaq istəyir. Fotoqrafiya sənəti ilə peşəkarcasına 2009-cu ildən çalışır. Foto əsərləri L’Officiel, Saveurs (Burda Publishing), The New York Times, Thomson Reuters, ABC Neuheter, Liberali, Baku International (Conde Nast Publishing), Boutique Baku, Nargis Magazine və s. nəşrlərdə dərc olunub. Bir çox yerli və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. 2016-cı ildə, Bakıda “Masters of Craft” adlı fərdi sərgisi nümayiş olunub. Azərbaycan Fotoqrafları Birliyinin “İlin debütu – 2011” mükafatına layiq görülüb.

31 iyul, saat 19:00
Giriş sərbəstdir
Yarat! Contemporary Art Space
Sabail district, E119 Highway, AZ1003, Az1003 Баку