Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus” bütün həvəskarları Almaniyanın gözəl güşələrinə maraqlı səyahət etməyə dəvət edir.

“HALLO DEUTSCHLAND” adlı fotosərgi Mədəniyyət Birliyi tərəfindən təşkil olunub və azərbaycanlı fotoqraf-səyyah Aydın Sadıxovun Almaniyaya etdiyi səyahətlər zamanı çəkdiyi ən maraqlı 30-dan çox foto işindən ibarət olacaq. Fotoqrafın sözlərinə görə sərginin qonaqlarını Almaniyanın müxtəlif bölgələri, onların tarixi abidələri ilə maraqlı görüşlər gözləyir və adətən səyyahların diqqətindən kanarda qalan kiçik şəhərlər və məntəqələr xüsusi maraq yarada bilər. Bundan başqa fotoqraf səyahətlər vaxtı baş vermiş macəralarla, çəkdiyi və sərgidə təqdim etdiyi abidə və tarixi yerlərlə bağlı əfsanə və hadisələr haqqında geniş məlumat verəcək. Sərgidə Bavariya kralı II-ci Lüdviqin adı ilə əlaqəli “Noyşvanştayn” və “Xoenşvanqau”, Vürtemberq qrafı Vilhelmin adı ilə əlaqəli “Lixtenştayn” kimi Almaniyanın məşhur “əfsanəvi” qalaların görüntüləri də təqdim olunacaq. Sərgidə qonaqlar Almaniyanın məşhur “Lüftmaleray” rəsm növü, “alman qotikası” memarlıq şedevrləri və qədim keltlər, romalılar dövründə binövrəsi qoyulan, Almaniyanın ən qədim şəhərlərindən biri olan Kempten şəhəri ilə tanış olacaqlar.

Fotosərginin açılışı 01 iyun 2017-ci il tarixində saat 19:00-da, 28 may küçəsi 35 ünvanında yerləşən Alman- Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”-da keçiriləcək.

Fotosərgi 2 gün davam edəcək.

Giriş sərbəstdir.

Фотовыставка  “HALLODEUTSCHLAND”

Германо- Азербайджанское Культурное Объединение “Капельхаус” открывает свои двери и приглашает всех совершить увлекательнейшее путешествие по красивейшим уголкам Германии.

Фотовыставка “HALLODEUTSCHLAND”, организованная  Культурным Объединением   представит более 30-ти лучших фотографий азербайджанского фотографа и путешественника АйдынаСадыхова сделанных им в течении его путешествий по многим городам Германии. По словам фотографа, посетителей выставки ожидает интересное знакомство с различными регионами Германии и их достопримечательностями, особый же интерес вызывает то, что на выставке помимо крупных городов будут показаны и множество небольших по величине городов неизведанных туристами. Фотограф также обещает поделиться с посетителями выставки рассказами о своих приключениях, происходивших с ним в периоды путешествий по Германии, его маршрутах, а также историями и легендами об отснятых и представленных на выставке достопримечательностях. На выставке будут продемонстрированы знаменитые “сказочные” замки Германии, связанные с именем короля Людвига II Баварского “Нойшванштайн” и “Хоэншвангау”, графа Вильгельма Вюртембергского “Лихтенштайн”. Также фотовыставка познакомит посетителей cо знаменитым Баварским стилем живописи «Люфтмалерай», архитектурными шедеврами “немецкой готики” и даже с одним из самых старейших городов ГерманииКемптеном, становление которого связано с древними кельтами и римлянами.

Открытие фотовыставки состоится 01июня 2017 года  в 19:00 часовв Германо- Азербайджанском Культурном Объединении “Капельхаус”, расположенном по адресу улица 28 Мая 35.

Фотовыставка продлиться 2 дня.

Вход Свободный.

The photography  exhibition  “HALLO DEUTSCHLAND”

The German-Azerbaijani Cultural Association “Kapellhaus” opens its doors and invites everyone to make a fascinating journey through the most beautiful corners of Germany.

The photography exhibition “HALLO DEUTSCHLAND” organized by the Cultural Association will present more than 30 of the best photos of the azerbaijani photographer and traveler Aydin Sadikhov made by him during his trips around German cities. The photographer says, that the visitors of the exhibition are expected to get an interesting acquaintance with various regions of Germany and their sightseeings, the most interesting moment is that the exhibition will show not only large cities but also small towns that are out of the touristic routes. The photographer also promises to share stories about his adventures that happened to him during traveling in Germany, his travel routes, as well as stories and legends about the sightseeings presented at the exhibition. The exhibition will show the famous “fairy-tale” castles of Germany associated with the name of King Ludwig II of Bavaria  “Neuschwanstein” and “Hohenschwangau”, Count Wilhelm of Württemberg “Lichtenstein”. Also, the photography exhibition will introduce visitors to the famous Bavarian house painting style “Lüftmalerei”, architectural masterpieces of “German Gothic” and even one of the oldest cities in Germany Kempten, whose formation is associated with the ancient Celts and Romans.

The opening of the photo exhibition will take place on the 01th of June at 19:00 in the German-Azerbaijan Cultural Association “Kapellhaus”, located at 28 May Street, 35.

The photo exhibition will last 2 days.

Freeentry.