Paralellik –uzunluğu boyunca bir-birindən bərabər məsafədə paylanan cisimlərin vəziyyətinə verilən addır. Lakin paralellik təkcə gözlə görülən cisimlərin deyil, eyni zamanda ifadə və düşüncələrə də aid edilə bilər. Bizi əhatə edən mühitdə vəhdət təşkil edən bütün obyektlər parallel dünyanın məhsulu hesab edilir. Necə ki, təbiətlə betonlaşmağa doğru gedən şəhər mühitinin memarlığı, ümumilikdə çox fərqli, lakin bir-biri ilə istənilən situasiyada vəhdət təşkil edən kişi-qadın obrazı, hiss və emosiyaların, düşüncələrin uzlaşaraq bir-birini tamamlaması və s. bu kimi situasiyalar paralel dünyanın nümunələrindəndir. Görünüş və yaxınlıq baxımından məcazi olaraq da paralel adlanan obyektlərin özü də qarşılıqlı vəhdətdədir.

Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 3 İyun tarixinə kimi təqdim olunmalıdır və fotolar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda “AFB Ayliq Musabiqe qrupu”nda yerləşdiriləcək.Müsabiqənin müəllifi və kordinatoru Günel Məmmədovadır.