Azərbaycan Fotoqrafları Birliyinin “Açıq Qapı” günü toplantısı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahında 5 mart 2017-cı il tarixində fevral ayı ücün nəzərdə tutulmuş “Uşaq olmaq çətin imiş” ” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu. Müsabiqəyə 20   fotoqraf  98 foto  təqdim edilmişdir.

Məhərəm Məcidov, Süleyman Süleymanlı, Mələk Mirzəyevanın fotoları  iştirakçılar arasında ayın fotosu seçildi. Anadolu informasiya agentliyinin fotorepartyoru Rəsul Rəhimovun şəxsi hədiyyələri qaliblərə təqdim olundu. Müsabiqədə işlərini təqdim etmiş Nailə Axundovanın işlərin müsabiqən kənar baxış oldu. Müsabiqə təqdim olunmuş fotolar cəkiliş tarixinə uyğun gəlmədiyi üçün  müsabiqədə iştirak etməsədə xüsusi rəğbət mükafatına layiq bilindi.

Moskva şəhərində  keçirilmiş fotosərginin iştirakçılarına  sertifikatlar təqdim olundu.

Müzakirə klubunun ilk iclası kecirildi. Qərara alındı ki, mart ayında müzakirə klubunun iclasına iştirakşılar şəxsi dəvət olunacaq.