Bakı, 24 yanvar, AZƏRTAC
AZƏRTAC-ın fotoinformasiya baş redaksiyasının baş redaktoru Vüqar Əmrullayevin “Meşənin üzərində” (“Above the forest”) adlı fotosu birinci beynəlxalq “Salon Fotoqrafiyası – Payız dairəvi 2016” fotomüsabiqəsində qalib olub.
AZƏRTAC xəbər verir ki, foto Gradac PGİ salonunun gümüş, Victory salonunun bürünc medalına layiq görülüb.
Qeyd edək ki, müsabiqəyə 45 ölkə qatılıb.