Bakıda 14 yanvar 2017-cı il tarixində  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam mərkəzində ənənəvi “İlin fotoqrafı 2016” adlı mükafatlandırma mərasimi keçirildi.1999-cu ildən indiyə kimi hər il mütəmadi olaraq “ilin fotoqrafı” mükafatlandırma mərasimi keçirilir. 2016-ci ilin yekun tədbiri də fotoqrafiya sənətində qazandıqları uğur və nailiyyətlərinə görə fotoqraflar  AFB tərəfindən mükafatlarla təltif  olundu.

Tədbir Orxan Aslanovun “My Azerbaijan” fotosərgisi ilə açıldı.

Tədbirdə “İlin fotoqrafı 2016” mükafatlandırılmış, digər nominasiyalarda fotoqraflara qızıl, gümüş, bürünc “Arqus”lar, fotoqraf Hüseyn Hüseynzadə adına “Ümüd” mükafatı, AFB göstərdiyi şəxsi dəstəyinə və fotoqrafiya tədris və təbliğinə görə yaratdığı Azərbaycan dilində olan  sayta, Azərbaycan Fotoqrafları Birliyi haqda il ərzində daha çox xəbərlər  yayımladıqına görə  xəbər portalına, 2016-cı ildə fotoqrafiya sənətinə verdikləri dəstəyə görə, Azərbaycanın, maddi-mədəniyyətimizin, turistik potensialımızın təbliğinə həsr edilən, maraqlı materiallar öz əksini tapan jurnala təşəkkürnamələr, fotoqrafiya sənətində xidmətlərinə görə fotoqraflara  fəxri fərmanlar, il ərzində keçrilmiş sərgi və layihələrə görə, eləcə də il ərzində kuratorluğa görə, tvlərin birindi fotoqrafiyaya aid sənədli filmə görə, “Azərbaycan Fotoqrafiyasının dostları mükafatına” görə diplomlar öz sahiblərini tapmışdır.

 

70 yaşını qeyd etdiyimiz, Fotoqrafiya sənətində etdiyi novatorluq, aparığı araşdırmalara, fotoqraflarla daima bölüşdüyü təcrübəsini nəzərə alaraq, Azərbaycan Fotoqrafları Birliyi tərəfindən Fotoqrafiya sənətində xitmətlərinə görə  iki fotoqraf Ramiz Tarverdiye və Hicran Babayev fəxri fərmanlarla təltif edildilər.

İlk Azərbaycanlı fotoqraflarından, Azərbaycan tarixinin araşdırmaçısı olmuş, Azərbaycan haqda apardıqı elmi araşdırmaların müəllifi,etnoqrafiya və arxeologiya üçün töhvələrini vermisdir.Azərbaycan naminə etdiyi elmi və tarixi araşdırmalarına görə 1939-cu illin represiyasının qurbanı olmuşdur.Fotoqraf,etnoqraf,arxeoloq Ələsgər Ələkbərov fotoqrafiyada xidmətlərinə görə Azərbaycan Fotoqrafları Birliyi tərəfindən ölmündən sonra Fəxri Fərmana layiq görüldü.

30 illik bəşəriyyətin qara səhifəsinə çevrilmiş bir məkan haqda fotojurnalist layihəsini həyata keçirmiş Orxan Əzimin  “Corno bıl– 30 il” fotosərgisi görə diplomla mükafatlandırıldı.

Fotoqrafiya tarixindən bəhs edən Lider televiziyasının Azərbaycan redaksiyasının layihəsi  “Fotolardakı Bakımız” sənədli Filmin  rejissoru Yeganə Əbdülməmmədova Azərbaycan Fotoqrafları Birliyi tərəfindən “İlin Rejissoru” diplomuna layiq görüldü.

“Azərbaycan Fotoqrafiyasının dostları mükafatına” 2011-ci ildən bu günə kimi daima Azərbaycanla Çelyabinsk arasında yaradılmış əlaqələri nəzərə alaraq Çelaybinsk diyarşünaslıq muzeyinin direktoru, Rusiya fotorəssamlar İttifaqının regional şöbəsinin sədri, Boqdonovski Vladimir İvanoviç AFB ilə qurduqu yaradıcılıq əlaqələrinə görə diplomla təltif edildi.

İlin fotoqrafı tədbirində Art Faktor şirkətinin təsis etdiyi Bədii fotoqrafiya mükafatı Art Faktorun direktoru Asiyat Fətullayeva tərəfindən “Art Faktor- İlin Fotoqrafı “mükafatı  Orxan Aslonova təqdim edildi.

“Ilin fotoqrafı-2016” ,“Qızıl Arqus”,“Gümüş Arqus”,“Bürünc Arqus”,“İlin press fotoqrafı”  mükafatları təqdim olunmadı.

Bədii fotoqrafiya – Orxan Aslanov

Fotoqraf Hüseyn Hüseynzadə adına “Ümüd” mükafatı – Toğrul Həsənbəyli

Azərbaycan Fotoqrafiyasının dostları mükafatı – Boqdonovski Vladimir İvanoviç

Azərbaycan Fotoqrafiyasının dostları mükafatı – Şahvələd Eyvazov

İlin Rejissoru mükafatı – Yeganə Əbdülməmmədova

İlin layihəsi mükafatı – Orxan Aslanov

Fotoməsləhətçi layihəsi- Nail Əhmədova

İlin kuratoru mükafatı – Məmməd Əliyev

İlin wedding foto sərgisi – Emin Məmmədov

İlin sərgisi – Orxan Əzim

Fəxri fərmanlar

Fotoqrafiya sənətində xitmətlərinə:

Ələsgər Ələkbərov,

Əliseyran Babayev,

Hicran Babayev,

Ramiz Tarverdiyev.

Təşəkkürnamələr

Fotoqrafiya sənətinə verdiyi dəstəyə görə:

“Azerbaijan Airlines” təyyarə jurnalı,

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu,

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,

Dövlət Sərhəd Xitməti,

“Edumap.az” saytı – Rasim Abdurahmana,

“archifoth.com” saytı – Həsən İsmayılova

“Fotoqraflar.com” saytı – Məhəmməd Türkmənə

Tədbirdə Gürcüstan Fotoqraflar  Assosiyası sədr müavini  Nino Mghebrishvili Azərbaycan Fotoqrafiyasının dostları mükafatını təqdim etdi. NurArt House qalereyasının baş direktoru Röya xanım xüsusi hədiyyəsini təqdim etdi.

“İlin Fotoqrafı-2016” tədbirini keçirilməsinə Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyinə görə və Tədbirin informasiya dəstəyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə

Sponsorlar: Art Faktor şirkətinin direktoru  Asiyat xanım  Fətulayyevaya , Xətai sənət mərkəzinin direktoru  Zahid Eyvazova, “Nur Art House” qalereyasının direktoru Röya xanım Tağıyevaya, “Sporting Atıcılıq mərkəzin rəhbəri Cəlal Axundov, “İrs” jurnalının baş redaktoru cənab Musa Mərcanlı, “Anadolu” informasiya agentliyinin Bakı ofisinin  rəhbəri cənab Tolga  Ozgencə, “İncəsənət aləmi” şirkətinin  prezidenti cənab  Adil Talıbova, “Arts Council Azerbaijan”-nın rəhbəri  cənab Dadaş Məmmədova, “DiVi” şirkətinin baş direktoru cənab Emin Quliyevə, “Folk Art” mağazasının direktoru  Zemfira xanım Mahmudovaya, Mirzə Ələkbər Sabir fondunun rəhbəri Sevda xanım Tahirliyə  təşəkkürümüzü bildiririk.