Azərbaycan Fotoqrafları Birliyinin “Açıq Qapı” günü toplantısı 4 dekabr 2016-cı il tarixində saat 13-00-da təşkil olunacaq. Toplantıda noyabr ayı ücün nəzərdə tutulmuş “Rənglərin harmoniyası fotomüsabiqəsi” adlı aylıq fotomüsabiqəyə yekun vurulacaq.Müsabiqənin koordinatoru Vüsalə Yunusovadır. Müsabiqədə yer tutan üç qalib sertifikat və hədiyyələrlə təltif olunacaqlar.Tədbirdə 2016-cı ilin dekabr  ayı üçün nəzərdə tutulmuş aylıq fotomüsabiqənin mövzusu elan ediləcək.
Ünvan: Zərgərpalan küçəsi 5, mənzil 56, 2-cı mərtəbə (DİN-in binasının
arxasındakı bina, “Royal” musiqi mağazasının yanında)
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahı.
Əlaqə telefonu: 055 2124719