Azərbaycan Fotoqrafları Birliyinin rəsmi ad gününü qeyd edir bu gün.

1998-ci il noyabrın 20-də Azərbaycan Respublikası Ədliyyə nazirliyində qeydiyatdan kecib. Ancaq birliyin yaranması  1994-cü ildən başlayıb. Bu tarixi missiyanı Azərbaycan fotoqrafiyası sənətində 24 avqust 1894-cü ildə A.Mişon təşəbüsü ilə “Bakı fotoqraflarının  dərnəyi ” adlı təşkilat yaratmışdır. Tarixdə uzün müddətdə yaşamasa bu dərnək ancaq fotoqrafiya naminə onun incəsənətin bir yaradıcı bir növü olduqunu cəmiyyətə çatdırmaqa çalışsada əfsuslar olsun ki bu günə kimidə  bu problem Azərbaycan fotoqrafiya sənətinin problemli olaraq qalır. Tarixdə Bakı Fotoqrafiya dərnəyi haqda məlumatlar azdır.

Daha sonralar  1923-cü ildə Azərbaycan SSR-də daha bir təçkilat yaradıldı Foto- Kino  idarəsi.Zamanının təbliğat maşının bolşevizm ideyasına xidmət etsədə fotoqrafiya sənətinin inkişafına bir təkan oldu.1930-cu illərdə Kino-foto işcilərinin həmkarlar itifaqıda yaradıdı. Zamanın kəndarından 1941-45-ci illər də itib batdı.

1970-ci illərədən daha bir qrum Xəzər xalq fotoklubu yardılmışdır.1990-cı illə kimi fəaliyyət göstərmişdir. Azərbaycan fotoqrafiyasının görkəmli fotoqrafları bu yaradıcılıq ocaqından öz sənət məşəlini  alovlandırmışdır. Dövrün sınaqlrına dözməyib klub bağlandı.

Daha sonra  kecən əsrin 90-cı illəri təlatümlərlə dolu olsada insanları bir amal birləşdirdi. 1994-cü ildən Azərbaycanın kino operatoru və fotoqrafiya sənətini sevən Rəfael Qəmbərov fotoqrafiya bayrağı altına fotoqrafları, fotoqrafiya sənətini sevən və fotoqrafiyanı öz həyat tərzi secən insanları topladı. 1995-ci ildə Fransanın Nant şəhərində  keçirilən kino festivalda Azərbaycan fotoqrafiyasının SSRİ fotoqrafiya sənətindən ayıraraq  Avropaya tanıtdı. Daha dörd il bir qrum kimi formalaşma dövrü kecdi və nəhayət 1998-ci ildə rəsmi dörd nəfərin adından dövlət qeydiyatından kecdi. Rəfael Qəmbərov,Asim Talıb, Namiq Məmmədov, Mirnaib Həsənoğlu bu insanlar rəsmi dövlət qurumlarından keçərkən onlarla birlikdə olan onlarla peşəkar və həvəskar fotoqrafın onlar la bir olmaqlarına əmin və arxayın idilər.

O zamanın tələbləri və siyasiləşməsinədən uzaq duran bu Birlik yalnız fotoqrafiya naminə, Azərbaycan Fotoqrafiyasının dünyaya  tanıtmaq amalı ilə təşkilatlandı.

1999 fevral-2007 noyabr Rəfail  Qəmbərovun AFB idarə heyətinə sədrliyi dövrü

2007 noyabr 2009 iyun Şahin Hüseynovun AFB idarə heyətinə sədrliyi dövrü.

2009 iyun 2011 yanvar  Asiyat Fətullayevanın AFB idarə heyətinə sədrliyi dövrü.

2011 fevraldan hal-hazır ki, dövrə kimi  Mirnaib Həsənoğlunun AFB idarə heyətinə sədrliyi dövrü.

“ArtFaktor”  yaradıcılıq təşkilatın baş direktoru Asiyat Fətullayeva rəsmən AFB-nin tərəfdaşıdır.

Azərbaycan Fotoqrafları ictimayi Birliyi (AFB) zaman-zaman  fəaliyyət dövründə uğurları ilə yanaşı acılı günlərinidə yaşayıb. Bir təşkilat kimi formalaşıb dayanıb. AFB-dən biz hamımız çox istəklərimiz olsada hamsını ala bilməmişik. Birlikdən gedənlərimizlə yanaşı birliyə qoşulanlarımız daima  birliyə yeni  ruh yeni abu hava gətiriblər. Birlik artıq bir şəxsin timsalından uzaqlaşıb kolektiv idarəyə yiyələnib. Fotoqraflar hər birinin öz dünyası olduqu və bu sənət kolektiv sənət olmaması bu sənətdə olan şəxslərində bir arada toplaşması zaman-zaman birlikdən qopmalara və ayrılmalara gətirir. Ancaq zaman-zaman birliyə qayıdışlar olur. Birlikdən getmirlər sadəcə müəyən zamanda onun fəaliyyətini kənardan izləyib. Yeni bir ideya yeni bir arzularla qayıdırlar. Tarixi adımlar atmaq  başladıqımız gündən bu günə kimi Birlik yalnız bir amala yaşayır.Azərbaycan fotoqrafıyasını inkişafına və fotoqrafiya sənətini yaradıcı bir sənət kimi qəbul olunmasına çalışır.

Fotoqrafiyanın dilsiz, dinsiz, səsiz, yazısız, izahsız və ilə tamaşacısı ilə təkbətək yaşanan ağlı qaralı, rəngli öz dünyası var.

Azərbaycan Fotoqrafları Birliyi ad günün mübarək!!