Belçika Professional Fotoqrafları Assosiasiyasının rəsmi tərəfdaşlığı ilə birlikdə Palet Mədəniyyət Mərkəzi 2017-ci ilin yayında Belçikanın Overpelt şəhərində 2 illik “Lens op de mens” (“Diqqət mərkəzində-insan”) adlı beynəlxalq fotomüsabiqəsinin ilk hissəsini təşkil edəcək.

Dünyanın istənilən yerindən bütün peşəkar və ciddi həvəskar fotoqraflar Overpeltdə mühüm işlərini geniş ictimaiyyətə təqdim etmək imkanına malik ola bilərlər. 2017-ci ilin hissəsi üçün əsas mövzu insandır və FEP-in idarə heyətinin sədri (QEP) Johan Brouwers Beynəlxalq münsiflər heyətinin prezidenti kimi təyin edilmişdir.
Peşəkar fotoqraflardan ibarət beynəlxalq münsiflər heyəti sərgi üçün foto işləri seçmiş olacaqlar. İştirak etmək istəyən fotograflar işlərinin 2017-ci il 9 yanvar saat 12:00dək saytda yükləyər bilərlər.
Avropa Professional Fotoqrafları Birliyi və Belçika Professional Fotoqrafları Assosiasiyası dünyanın istənilən yerindən fotoqrafları iştiraka dəvət edir. Həmçinin bəzi mükafatlar da nəzərdə tutulmuşdur ki, seçilmiş foto sahibləri avtomatik həmin mükafatlardan birini almaq üçün siyahıya daxil edilir.
Şərtlər:
Göndərilən fotoların əsas mövzusu sözün geniş mənasında İnsandır və sənədli və ya incəsənət xarakterli daşımalıdır.
Hər bir fotoqraf maksimum 5 foto göndərə bilər. Fotolar 2014,2015, 2016 və 2017ci illərdə çəkilmiş ola bilər.
Yüklənilən fotoların müqabilində hər bir iştirakçı 20 Avro ödəmə etməlidir.
Fotolar beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.
Yüklənilən fotolar uzun tərəfi 50 sm 300 dpi görüntü imkanlı olmalıdır. Hər bir foto fotografın adı ilə adlanmadırılmalıdır, məsələn janjansen1.jpg
Fotolar göndərilərkən tam ad və soyad, sponsor (varsa), doğum tarixi və email ünvan göstərilməlidir.
Festival bitdiyində fotograf göndərdiyi fotolarını toplaya biləcək və bu, 18-28 sentyabr 2017-ci il müddətində baş verəcək. Bu müddət ərzində fotolar geri götürülməzsə onlar avtomatik şəkildə təşkilatın əmlakına çevrilir.
Daha ətraflı festivalın linkinə keçməklə tanış ola bilərsiniz. Uğurlar.

http://www.fotofestivaloverpelt.be/