Arts Council Azərbaycan Qeyri-Hökumət təşkilatı özünün “Emalatxana” layihəsi çərçivəsində Azərbaycan Fotoqrafları Birliyi İctimai birliyi ilə birlikdə həvəskar və peşəkar fotoqrafları 12-13 noyabr tarixində Portfolio-Revyu formatında görüşə dəvət edir. Tədbir zamanı hər bir fotoqraf öz işlərindən ibarət portfoliosunu fərdi sessiyalarda peşəkar fotoqraflara göstərib müzakirə edə bilər. https://www.facebook.com/events/1791163297806784/

Portfolio-Revyu – fotoqrafların peşəkar karyerası və yaradıcı potensialına təkan vermək üçün dünya təcrübəsində qəbul edilmiş bir vasitədir. Hər bir iştirakçı 2 gün ərzində öz işlərini peşəkarlara göstərmək və onların təcrübəli və qərəzsiz fikirlərini öyrənmək şansını əldə edir. Portfolio-Revyuda iştirak etmək sizə, mövcud fotoqrafiya mühitində öz yerini tutmaq və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək üçün faydalı ola bilər.
Bundan əlavə, Portfolio-Revyu həm də peşəkar əlaqələrin yaradılması, yaradıcı enerji, yeni tanışlıq və ideyalar, ünsiyyət və təcrübə mübadiləsidir. Hər bir fərdi sessiyanın müddəti 20 dəqiqədir. Müzakirələr Azərbaycan və Rus dillərində aparılacaq.
Portfolionuz ayrı-ayrı fotolardan, seriya və ya layihədən, eləcə də KİV-də dərc edilən fotolarınızdan ibarət ola bilər. Sərgi layihənizi də təqdim edə bilərsiniz.
Portfolio-Revyuda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək müraciət formasını doldurmaq tələb olunur. Yerlər məhduddur. Qeydiyyat formasında tarixi və müraciət etdiyiniz ekspertin adını seçin. Müraciət formasının təsdiqindən sonra sizə e-poçtu vasitəsilə sessiyanızın dəqiq vaxtı/saatı göndəriləcək. Sessiyaların vaxtı müraciətlərin qəbul edilmə ardıcıllığı əsasında təyin edilir.
Qeydiyyat forması: https://goo.gl/forms/06k1EkB4hnTwS27R2

EKSPERTLƏR VƏ İSTİQAMƏT:
SEVİNC ASLANOVA – Sosial və sənədli fotoqrafiya
MİRNAİB HƏSƏNOĞLU – Press və sənədli fotoqrafiya
EMİL AĞAYEV – Toy fotoqrafiyası
ZAUR MİRZƏYEV – Təbiət və mənzərə
ELDAR ƏKBƏROV – Konseptual fotoqrafiya
RÜSTƏM HÜSEYNOV – Memarlıq
RÜFƏT ABAS – Portret və küçə fotoqrafiyası