“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi 03 noyabr 2016-cı il tarixdə Qərb Universitetinin “Brain Feed” tələbə kafesində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “”Azərbaycan” ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində hazırladığı “Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimini keçirdi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, turizm şirkətlərinin və qeyri hökümət təşkilatlarının əməkdaşları, jurnalistlər və fotoqraflar iştirak etdi.Tədbiri  “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova açıq elan etdi, sözü gedən layihənin məqsədi, donoru haqqında məlumat verdi, katoloqunun ərsəyə gəlməsi prosesindən söz açdı və Azərbaycanın bütün bölgələrinin foto və məlumatlarını özündə əks etdirən “Azərbaycan” turistlər üçün məlumat kataloqunu tədbir iştirakçılarına verdi. O, sözü Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsaba Ələsgərovaya verdi. Gülsaba xanım öz növbəsində bu layihəni dəstəklədiyini və bu kimi layihələrin turizmin inkişafında əhəmiyyətli olacağını qeyd etdi.
Nərminə Qəribova layihənin icrası müddətində təşkilati dəstək göstərən “Azərbaycan Fotoqraflar Birliyi”nin sədri Mirnaib Həsənoğluna öz minnətdarlığını bildirdi və sözü təşkilatı təmsil edən Birliyin İdarə Heyətinin üzvü Fərqanə Qasımlıya verdi. Fərqanə xanım turizm sahəsində fotoqrafiyanın önəmindən bəhs etdi və bundan sonra da turizm sahəsində çalışan şirkət və təşkilatlarla əməkdaşlıq edəcəyini bildirdi.
Tədbirdə “Azərbaycan” turistlər üçün məlumat kataloqunun hazırlanmasında fəal iştirak edən Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəhbəri Gülnarə Sadıqovaya sertifikat və fəxri fərman təqdim olundu. Gülnarə xanım Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqətə görə, Birliyə öz təşəkkürünü bildirdi.
Tədbirin digər iştirakçısı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vasif Əşrəfov Birliyi nəaliyyətinə görə təbrik etdi və təmsil etdiyi Nazirliyin bu cür layihələrə hər zaman dəstək olduğunu bildirdi.
Üç saat davam edən tədbirdə turizm sahəsində çalışan qeyri-hökumət təşkilatları və turizm şirkətlərinin əməkdaşları fəal iştirak etdi və bu görüş onların gələcəkdə birgə əməkdaşlıq etmələri üçün bir körpü oldu
elxan-qaniyev-8 elxan-qaniyev-7 elxan-qaniyev-6 elxan-qaniyev-5 elxan-qaniyev-4 elxan-qaniyev-3 elxan-qaniyev-1