Təbiət rənglərin ən təbii təzahürüdür. Bir rəngin digər bir rənglə bir-birini tamamlayacaq şəkildə təbii olaraq yaratdığı keçidə rənglərin harmoniyası deyilir. Müxtəlif rəng tonlarının bir-birinə keçidləri zaman arada qalan rəng tonu harmoniyaya ən gözəl nümunədir. Rənglərin fərqli formalarda yaratdığı harmoniyaya gündəlik həyatımızda məkan və zamandan aslı olmayaraq istənilən halda rast gələ bilərik. Rənglərin müxtəlifliyi və çoxluğu insan beynini sonsuz sayda fantaziyaların mərkəzinə doğru aparır. Bəzən bir neçə zidd rəng birləşərək ahəngli bir formada harmoniya yarada bilir. Əsasən iqlim dəyişiklikləri rənglərin təbii ahəngi üçün əlverişli fürsət sayılır. Bu baxımdan rənglər təzahürünün ən gözəl harmoniyasına  payız fəslinin daha çox rast gəlinir.

Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 3 dekabr tarixinə kimi təqdim olunmalıdır və fotolar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda “AFB Ayliq Musabiqe qrupu”nda yerləşdiriləcək.Müsabiqənin müəllifi Günel Məmmədova, kordinatoru isə Vüsalə Yunusovadır.

r%c9%99ngl%c9%99rin-harmoniyasi