Azərbaycan  Respublikasının müstəqilik gününə həsr olunmuş “Azərbaycan mukltikultiralizm ölkəsidir”adlı foto sərginin acılışı 18 oktyar 2016-cı ildə saat 16-00 Rusiyanın paytaxtı Moskva şəhərində  Qeyri Hökümət  təşkilatların Moskva evində rəsmi acılış tədbiri keciriləcəkdir. Fotosərgini Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyatı təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi təşkil etmişdir.

Foto sərginin təşkilinə Azərbaycan Mədəniyyət və Turizm nazirliyi, Azərbaycan Dövlət İnformasiya agentliyi,Bakı Mediya Mərkəzi, ArtFaktor dəstək vermişdir.

Fotosərgidə Hacı Akif Ağayev, Arzu Mürvətova, Azad Bağırov, Aydın Məmmədov,Denis Svecnikov, Dilavər Nəcəfov,Fərqanə Qasımlı,Mahir Rüstəmov, Oleq Litvin, Mirnaib Həsənoğlu, Nadejda Cavad, Nürəddin Yüzbekov, Cingiz  Səmədzadə,Tural Nusalov,Pəri Arifqızı,Rəşad Məmmədov,Rəsul Quliyev ,Rauf Umudov,Rüfət Abas, Ruslan Məmmədov ,Vüqar İbadov, Zaur Mirzəyev və Azər Tacın fotoları nümayiş olunacaqdır. Fotosərgidə Bakı Mediya Mərkəzinin “Bir günəş altında” filmi nümayiş olunacaqdır.

Fotosərginin acılışına  Rusiyanın Dövlət  Dumasının deputatları, mədəniyyət xadimləri, Moskvada olan diplomatik nümayəndəliklər ,Rusiya Azərbaycan Gənclər Təşkilatı, Rusiya Fotorəsamlar İttifaqı dəvət olunmuşdur.