Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi,AzərbaycanFotoqraflarıBirliyiilə birgə cari ilin oktyabr ayında “Azərbaycanda İslam dünyası və multikulturalizm dəyərləri” mövzusunda gənc fotoqrafların sərgisini təşkil edir.

Tədbirin keçirilməsində məqsədgənclər arasında İslam dünyası və multikulturalizm dəyərlərini təbliğ etməkdən ibarətdir.

Sərgi üçün 16-29 yaşlı gənclərin işləri qəbul olunur.

         Fotolar 10 oktyabr 2016-cı il tarixə qədər qəbul ediləcəkdir.

Müsabiqədə  iştirak etmək istəyən gənclər fotoları fotosərqi2016@gmail.com  elektron ünvanınagöndərməlidirlər.

Fotolar Azərbaycan Respublikasında çəkilməlidir.

Müsabiqəyə 5 foto təqdim oluna bilər, fotolar JPEG formatda, uzun  tərəfi  1200 px olmalıdır. Hər bir müəllif özü haqda (ad,familiya, təvəllüd, telefon nömrəsi,fotonun adı) və foto haqqında qısa məlumat təqdim etməlidirlər. Fotolar hansı dövürdə çəkilməsi haqqında məhdudiyyət yoxdur.

Fotolar Azərbaycanda çəkilməlidir. Təşkilatçılar lazım gəldikdə fotonun ilkin variantını və sərgi üçün seçilmiş fotoların böyük ölçüdə təqdim olunmasını tələb edəcəkdir.Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində reallıqdan kənara çıxmamaq   şərti ilə redaktə qəbul olunur. Fotoların  müəllif  hüquqları  qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmayacaqdır.Təqdim olunmuş fotolar müəllifin özünə məxsus olmalıdır.

Sərgi iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.