Fotofest-2016

Rusiyanın Çelyabinsk şəhərində sentyabrın 8-də 7-ci Beynəlxalq Fotofestivalın

açılışı oldu. Fotofest-2016- da bir çox xarici ölkələrdən, həmçinin Rusiyanın ayrı-

ayrı vilayətlərindən, o cümlədən Moskvadan iştirak edən fotoqrafların ondan

yuxarı sərgisi və seminarı təşkil olunmuşdur.

Festivalın ikinci günü Azərbaycan Dövlət İnformasiya Agentliyinin, “Bakı” Media

Mərkəzi və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatı dəstəyi ilə

hazırlanmış 50 əsər nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi

ilə festivalda iştirak edən Azərbaycan foto ustalarının hazırladığı fotosərgi

“Multikulturalizm” mövzusuna həsr olunmuşdur.

H.Əliyev fondunun sifarişi ilə “Bakı” Media Mərkəzinin hazırladığı 18 dəqiqəlik

“Bir günəş altında” video çarxı azərbaycan ərazisində yaşayan azsaylı xalqların

məişəti, təbiəti, adət ənənəsi, film zamanımn hər xalqın öz dilində danışması

festival iştirakçılarının və qonaqların böyük marağına səbəb olmuşdur.

Sərgidə vaxtı ilə Azərbaycanda yaşamış ustad fotoqraf Oleq Litvinin, AFB-nin

bədii işlər üzrə sədr müavini Rauf Umudun, Fərqanə Qasımlının, Dilavər

Nəcəfovun, Səfiyar Məcnunun, İlkin Səlifovun, İradə Qədirovanın, Nadejda

Cavadın, Zaur Mirzəyevin, Vüqar İbadovun, Denis Sveçnikov, Tural Nusalovun

fotoları tamaşaçıların rəğbətini qazanmışdır. Sərgini AFB tərəfindən bədii işlər

üzrə sədr müavini Rauf Umud və sərginin kuratoru Ayxan Əhmədov təmsil edirdi.

Sərgi haqqında Ayxan Əhmədov gələn qonaqlara ətraflı məlumat vermişdir.

Rusiya fotoqraflar İttifaqının sədri, təyyarəçi kosmanavt, Rusiya Fedarsiyasının

qəhrəmanı, RF Foto Rəssamları İttifaqının sədri, REA müxbir üzvü Y.M.Baturin,

Başkurdstan fototoqraflar sədri, xalq rəssamı Ramil Kilmamedov söz alaraq bu

sərginin tək bu festivalda deyil, həmçinin digər mötəbər sərgilərdə görmək

istədiklərini bidilldirdilər. Bildirilib ki, bu fotosərgi digər mötəbər sərgilərdən heç də

geri qalmır, əksinə burada xalqların tolerantlığı, birgəyaşayışı, özlərini tam

güvəndə hiss etmələri açıq-aydın görünür. Ümumi birgəyaşayış qaydalarına əməl

olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini,

etnik xüsusiyyətlərini qoruyub saxlamışdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il

Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Dövlətimizin başçısının tışıbbüsü

ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Azərbaycan mədəniyyət, tolerantlıq və sivilizasiyalararası mədəniyyətlərə böyük

önəm verən ölkələrdəndir. Azərbaycanda azsaylı xalqların və milli azlıqların

qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədilə onlarla

mədəniyyət mərkəzi yaradılıb. Azərbaycan hökuməti milli azlıqların hüquqlarının

qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Hazırda Azərbaycanda onlarla milli

mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bəlkə də bu səbəbdəndir ki, sərgiyə maraq

böyükdür.

c94j0143-1 c94j0145 c94j0149 c94j0151 c94j0190 c94j0193 c94j0196