“Azərbaycan multikulturializm diyarıdır”

 OLEQ LİTVİN XİNALİQ 07

Çelyabinski  vilayətinin Mədəniyyət nazirliyi 2016-cı ildə Çelaybinski şəhərinin 280 illik yubileyi tədbirlərinin tərkibində  «Фотофест-2016» VII Beynəlxalq foto festival keçirəcək. Bu festivalda iştirak etmək üçün  Azərbaycan fotoqraflarının yaradıcılığından  ibarət xüsusi sərgi təşkil etmək festival gündəliyinə salınıb.

Azərbaycan tarix boyu ərazisində yaşayan insanlara milliyətindən asılı olmayaraq qonşuluq şəraitində yaşayan bir ölkə olmuşdur. Azərbaycanın ərazisində yaşayan milli azlıq da olan millətlərin bütün nümayəndələri müasir Azərbaycan həyatında daima Azərbaycan naminə xidmətləri var. Milli adət-ənələri, dilləri, yaşadıqları çoğrafi əraziyə uyğun arxitekturası, dini mənsubiyyətindən asılı olmayaraq dini məbədləri ,məişət qaydaları bu günə kimi qorunub saxlanmışdır. Müasir Azərbaycan həyatında elm, təhsil, idman, dövlətin qorunmasında hərbidə dostluq və həmrəylik mövcuddur. 2016-ci il Azərbaycanda “Multikulturializm ili” elan olunması bunun bariz nümunəsidir.

Bununla əlaqədar Azərbaycan Fotoqrafları Birliyi , Çelyabinskdə keçiriləcək foto festivala “Azərbaycan multikulturializm diyarıdır” adlı fotosərgi ilə iştirak edəcəkdir.

AFB idarə heyətinin qərarı ilə sərgidə iştirak etmək üçün müsabiqə elan olunur. Müsabiqədə iştirak edənlərə sertifikat təqdim olunacaqdır. Seçilmiş fotolar Çelyabinskdə nümayiş olunacaqdır. Sərginin mövzusu “Azərbaycan multikulturializm diyarıdır”.Müsabiqənin əlaqələndiricisi Ayxan Əhmədovdur

Azərbaycanda yaşayan milli azlıqların mədəniyyəti, məişəti, adət ənənələri, mətbəxi, yaşadığı coğrafi mövqe,  tolerantlığı,  insanları – alimləri, tanınmış şəxsiyyətləri, xalq sənəti nümunələri və sənətkarları  ilə bağlı fotolar müsabiqədə əksini tapmalıdır.

 Məlumat üçün ( https://ru.m.wikipedia.org/.../Категория:Народы_Азербайджана)

                                 Müsabiqənin şərtləri:

   Müsabiqəyə fotolar  5 avqust 2016-cı ilinə kimi qəbul ediləcəkdir.

·        İnsanlar – cəmiyyət  ( elm adamları, tanınmış simalar, din xadimləri)

·        Təbiət və insan ( xalq sənəti, məişəti, gündəlik həyatları, təbiətlə təması və s.)

Müsabiqəyə fotolar multiafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun  tərəfi  1200 px olmalıdır. Hər  kəs müsabiqəyə 10 foto və ya 2 reportaj və hər reportaj-5 fotodan ibarət ( rəngli və ya ağ qara) təqdim edə bilər. Müəlifin öz seçimindən asılı olaraq. Münsiflər  10 avqust 2016-cı il  nəticələri elan edəcək. Hər bir müəllif özü (ad,familiya, fotonun adı) və foto haqqında qısa məlumat təqdim etməlidirlər. Fotolar hansı dövürdə çəkilməsi haqqında məhdudiyyət yoxdur.

Fotolar Azərbaycanda çəkilməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını və sərgi üçün seçilmiş fotoların böyük ölçüdə təqdim olunmasını tələb edəcəkdir.Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində reallıqdan kənara çıxmamaq   şərti ilə redaktə qəbul olunur. Fotoların  müəllif  hüquqları  qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmayacaqdır. Müsabiqənin kordinatoru Əminə Həsənlidir. Əlaqə tel.0125949397, mob. 0552124719.