Azərbaycan Fotoqrafları Birliyinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil etdiyi ənənəvi “AçıqQapı” günü toplantısı 3 Iyul2016-cı iltarixində 12:00-da açıq elan edildi. Toplantını AFB idarəheyətinin sədri Mirnaib Həsənoğlu açdı. İlk olaraq AFB-nin idarəheyətinin üzvü Rauf Umudovun 2 İyul 2016-cı iltarixində 60 illik yubileyi münasibəti ilə başda AFB-nin sədri Mirnaib Həsənoğlu və ümumilikdə idarə heyəti üzvləri olmaqla bütün kollektiv və gəlmiş qonaqlar təbrik etdi. Daha sonra toplantıda bir çoxməsələlərə toxunuldu. Beləki, 2-5 iyun  2016-cı il tarixləri arasında Türkiyənin Malatya şəhərində baş tutmuş “Beynəlxalq 2-ci Malatya Fotokampı”  Malatyanın Akçadağ İlçesində yerləşən  Ləvənt Vadisində baş tutmuşdu. Bu Beynəlxalq fotokampda iştirak etmiş Mirnaib Həsənoğlu fotokamp haqqında təəssüratlarını bölüşdü və kamp müddətində iştirakçıların fotolarından ibarət hazırlanmış qısa video-roliklər nümayiş etdirildi. AFB-nin yeni yaradılmış www.photographer.az  saytının və yeni üzvlük kartının dizaynı Həsən İsmayılov tərəfindən təqdim olundu. Həmçinin yeni “QızılıNisbət” adlı fotomüsabiqənin kordinatorluğunu öz üzərinə götürmüş Həsənİ smayılov müsabiqə haqqında da ətraflı məlumat verdi. Müasbiqə Archifoth tərəfindən keçirilir.

6-12 iyun 2016 –cı il tarixlərində Başqurdstan Respublikasında XXVI Beynəlxalq “Başqurdstan. Təbiət. İnsan. Mədəniyyət-2016” aksiyası keçirilmişdi. Bu fotoplenarın iştirakçısı olmuş Rauf Umudov plenar haqqında öz təəssüratlarını bölüşdü və orada çəkdiyi fotoşəkillərdən ibarət slayd-şounu təqdim etdi.

Bundan başqa, bildiyimiz kimi, bu il Azərbaycanda “Multikulturalizm” ili kimi qeyd olunur. Bu səbəbdən yeni foto layihələrdən biridə “Azərbaycanda Multikulturalizm” foto müsabiqəsidir.Foto müsabiqə haqqında isə Ayxan Əhmədov ətraflı məlumat verdi. Daha sonra isə “Davamlı Turizminİn İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Azərbaycan” foto müsabiqəsi haqqında ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması layihəsi haqqında da məlumat verərək Mirnaib Həsənoğlu digər yeni bir layihə olan ASAN Könüllüləri III Yay Məktəbi – Həmrəylik Düşərgəsi adı altında Lahıcda həyata keçiriləcək foto tədbir haqqında məlumat verdi.

Bu ay üçün elan olunmuş mövzu “Sirli Siluet” adlı müsabiqə idi. Müsabiqənin mövzu müəllifi Günel Məmmədova, koordinatoru isə Süleyman Süleymanlıidi. Müsabiqənin kuratoru Fərqanə Qasımlı və koordinatoru Süleyman Süleymanlı musabiqə haqqında məlumat verdilər. Qeyd edək ki, ümumilik də müsabiqəyə 23 nəfər həvəskar və peşəkar fotoqraf 69 foto ilə qatılmışdır. Onlardan 7 nəfərin 28 fotosumüsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar son 1 il ərzində çəkilməliidi. Bu səbəbdən də müsabiqəyə cəmi 16 fotoqrafdan 41 foto qəbul edildi. Fotolar səs vermə yolu ilə seçildi. Beləki, səs çoxluğu ilə “Sirli Siluet” aylıq foto müsabiqəsinin qalibləri Toğrul Həsənbəyli, Həsən ismayılov və Fidan Cəfərova oldu.Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplom və hədiyyələrlə təltif olundular. Müsabiqənin kordinatorluğuna görə Süleyman Süleymanlıya sertifikat təqdim olundu. Sonda ənənəvi xatirə fotosu çəkildi.

Bununla da, iyun ayı üçün nəzərdə tutulmuş “Açıq qapı” günü toplantısına yekun vuruldu.