13509786_1021277821260830_1220219312_o

FEP sertifikatları

Avropa Fotografları Federasiyası olan FEP Almaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Malta, Norveç, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Hollandiya, Ukrayna, Böyük Britaniya kimi ölkələri əhatə etməklə Avropa İttifaqında fotografiya üzrə dayanıqlı əsas orqandır və Avropa üzrə 50000 professional fotorafı təmsil edir.
FEP professional fotografların hüquqlarını həm birbaşa, həm də milli və beynəlxalq təşkilatlarla ünsiyyətdə qoruyur. O, üzvü olan assosiyasiyaların maraqlarını təhsil, elm, professional standartlar, müəlliflərin hüquqları və s. mövzuda qlobal çərçivədə təqdim edir.
Federasiya bir neçə peşəkar Avropa kvalifikasiyaları müəyyən etmişdir:
QEP – Təkmişləşmiş Avropa fotoqrafı (Qualified European Photographer)1999-cu ildən etibarən qüvvəyə minməklə 22 ölkədən 450 fotografdan ibarətdir.
Master QEP (MQEP) – 52 avropa fotografı artıq yüksək keyfiyyətli işlərinə görə magistr dərəcəsi EP – 2012-ci ilin sentyabrından yeni peşəkar kvalifikasiya bazası olan EP təqdim edilmişdir.

Müsabiqələr:

FEP Avropa peşəkar fotografiyasının inkişafı adına “Avropa üzrə ilin peşəkar fotoqrafı” mükafatını təsis etmiş və FEP Avropa Foto kitabının nəşrinə, aylıq FEP Facebook müvafiq ayın örtük fotosu (FEP Facebook Cover Photo) müsabiqəsini keçirməyə başlamışdır.Beləliklə, FEP bütün Avropa fotograflarının birləşdiyi, görüşdüyü və müzakirələr apardığı bir platformadır.

Üzvlük:

Federasiyanən üzvləri aşağıdakı şəkildə təsnif edilmişdir:
Həqiqi üzvlər –Baş Assambleya tərəfindən təsdiq olunmuş həqiqi assosiasiya üzvlərdir. Onlar Avropada hüquqi əsaslarla fəailiyyət göstərir, peşəkar fotograflardan ibarətdir, milli tələblər şəraitində fəaliyyətdədir, və hər peşəkar fotograf 1 səsə malik olmaqla demokratik qaydalarla işləyir.

Birləşdirilmiş üzvlər – FEP-in əməkdaş üzvləri kimi qəbul oluna bilər. Bu tip üzvlər Avropa sərhədlərindən  kənarda fəaliyyət göstərsələr də Avropada peşəkar fotografiya ilə bağlı sahələri, fərdi şəxsləri, cəmiyyətləri əhatə edir.

Fərdi üzvlər- Fərdi üzvlər FEP-ə Avropa ölkələrində hüquqi qeydiyyatı olan peşəkar fotograflardır. Onlar FEP-in fəailiyyəti əhatə etmədiyi ölkələrdə olmaqla yanaşı 2 il ərzində FEP-ə qoşulacaqları şərtilə federasiyaya qəbul edilmiş üzvlərdir.

Birləşdirilmiş və Fərdi üzvlər FEP-in təşkil etdiyi və səlahiyyəti olan bütün hazırlıq tədbirləri və kvalifikasiyalarda iştirak edə bilərlər. Bütün üzvlər hər il FEP-ə Baş Assambleya tərəfindən müəyyən edilmiş üzvlük haqqı ödəməlidirlər. Fərdi şəxslər isə 50 Avro ödəməklə FEP-dən məlumatlar və FEP-in avropa kvalifikasiyalarına müraciət etmək, FEP-ə  üzv olmaq müsabiqələrində iştirak etmək hüququ əldə etmiş olur.

FEP-in baş direktoru Cüzeppe Skozidir.

Azərbaycan Fotoqraflarının nəzərinə. Fotoqraflar FEP-ə üzv olmaq istədikdə mütləq qaydada AFB-dən təsdiqdən keçməlidirlər. Belə ki, Azərbaycandan FEP-ə müraciət olunduğu təqdirdə FEP-dən rəsmi nümayəndə kimi AFB-yə həmin fotograf  barəsində sorğu göndərilir və təsdiq tələb olunur.