Azerbaycan fotomusabiqesi

“Azərbaycan” fotomüsabiqəsi

Fotolar ölkənin ekologiyasını, mədəniyyətini, bütün mənəvi dəyərlərini dünyaya yüksək keyfiyyətlə tanıtmaqdan ötrü qədim və müasir ən yaxşı memarlıq abidələrinin, incəsənətinin, mədəniyyətinin, təbiətinin gözəl guşələrinin, yeni səhiyyə və turizm obyektlərinin və aşağıda sadalananları əks etdirməlidir. a) Relyeflə birbaşa əlaqəli olub, qədim dağlardan, qalıq relyef formalarından ibarət olan geoloji, gemorfoloji abidələrin fotoları; b) Hidroloji abidələrin (məsələn şəlalələrin, hundur dağ göllərin, kanyonvari dərələrin) fotoları; c) Relikt və endemik  itkilərin yayıldığı ərazilərin, nadir landşaft abidələrin (flora və faunanın) fotoları; d) İdman turlarının (alpinizm, su idman növlərindən, dayvinqdən və s. ) təşkili ucun əlverişli şərait yaradan ərazilərin fotoları; e) Teploxod, yaxta və digər müxtəlif nov gəmi və qayıqlarda çaylar, kanallar, göllər, dənizlərdə gəzinti təşkil oluna biləcək ərazilərin fotoları; f) Piyada turizmi(nəqliyyatdan istifadə etmədən səyahət) üçün əlverişli ərazilərin fotoları g) Ölkənin mədəni irsinin dünyaya tanıdılmasında vasitə rolunu oynayan mədəni abidələrin  fotoları; h) Azərbaycanda yeni standartlara uyğun və eyni zamanda bütün təbəqələrə aid olan turizm obyektlərinin (restoranlar, otellər, sanatoriyalar və hər tip kafe ve restoranlar) adı reklam olunmaması şərti ilə fotoları; i) Azərbaycan mətbəxindən ən qədim və bu günkü qeyri adi yemeklər və süfrə mədəniyyətini əks etdirən nümunələrin fotoları; j) Azərbaycan Milli geyimlərinin və xalçaçılıq  nümunələrinin fotoları; k) Mədəniyyət obyektlərinin (teatrların, kinoteatrların, parkların və muzeylərin) əsas görüntüləri. l)Səhiyyə turizmi obyektləri (Naftalan, İlısu və digər müalicəvi sanatoriyalar) m) Azərbaycanın görkəmli memarlıq abidələrinin (həm qədim, həm də müasir) fotoşəkilləri. İnsanlarımızın gözəl simalarını əks etdirəm fotolar yalnız şəxsin icazə verdiyi təqdirdə təqdim oluna bilər. Bura gözəl siması olan uşaq, ahıllar və gənclər aid edilir. Fotolar 30 avqust 2016-cı iləkimi qəbul olunacaq. Bu müddət ərzində foto şəkillər  dtid@rambler.ru ünvanına göndərilməlidir. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 3000 px olmalıdır.. Son 1 ildə çəkilən mövzuya uyğun fotolar qəbul olunur. Təqdim olunacaq fotolara say məhdudiyəti yoxdur. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun harada çəkildiy) yerləşdirməlidir. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Foto müsabiqədə • 1-ci yer: 200 AZN, Diplom • 2-ci yer: 150 AZN, Diplom • 3-cü yer, 3 nəfər 100 AZN, Diplom, müsabiqənin iştirakçılarına Diplomlar təqdim olunacaqdır.Müsabiqəyə təqdim olunmuş fotolar gələcəkdə hec bir başqa komersiya məqsədi ücün istifadə olunmayacaq.Təqdim olunan fotolar “Azərbaycan” ölkəmizə gələn turistlərin məlumat kataloqunda cap olunacaq.