2016-06-23_artim_project_space_exhibition_in_this_city_images__large

YARAT Müasir İncəsənət Məkanı, Sizi böyük məmnuniyyətlə ARTIM Layihə Məkanında keçiriləcək “Parlaq işıqlar şəhərində” adlı qrup sərgisinə dəvət edir.  


Sərgi, Bakını öz fotoşəkillərində və videolarında tərənnüm edən, müxtəlif nəsillərin nümayəndələri olan Azərbaycan rəssamlarını bir araya gətirəcək. Bu rəssamlar, müasir Bakı haqqında “nağılı” canlandırmaq məqsədilə, “qərəzsizlik” və “ciddilik” təəsüaratı bəxş etməklə, şəhərə bir qədər yumor, bir qədər də sentimentallıqla yanaşır və onun seyrinə çıxırlar. Sərginin başlıca məqsədi, çağdaş şəhərlə bağlı cərəyan edən mühüm məsələlərin bəzilərini qabartmaq, onun ətrafında bədii-estetik dialoqa başlamaqdır.

İştirakçılar: Rəna Əffəndi, Eldar Əkbərov, Zeyqəm Əzizov, Orxan Hüseynov, Ehtiram Jabi, Samir Salahov, Seymur Seyidbəyli, Sabina Şıxlinskaya və Zamir Süleymanov


Sərgidə həmçinin İlkin Hüseynovun rəhbərliyi altında Elturan Məmmədov, Ehtiram Jabi, Samir Salahov, Seymur Seyidbəyli və Zamir Süleymanovun yaratdıqları foto-kitablar da nümayiş olunacaq.


Açılış tarixi: 23 iyun, 2016 / Saat: 19:00-da

Ünvan: ARTIM Layihə Məkanı

İçərişəhər, Böyük Qala küçəsi 30, 001A

Giriş sərbəstdir 


Sərginin iş vaxtı: 23 iyun – 10 iyul 2016

İş saatları: Çərşənbə Axşamı – Bazar, saat 14:00-20:00

Daha ətraflı məlumat üçün: www.yarat.az; 0125051414