2-5 iyun 2016-cı ildə Uluslararası 2-ci Malatya Fotokampı Malatyanın Akçadağ İlçesində yerləşən Ləvənt Vadisində baş tutdu.Tədbirə foto sənətçi Mustafa Ertekin koordinatorluq etmişdir. Keçən il olduğu kimi, bu il də dünyasını dəyişmiş Fehmi KOLÇAK xatirəsinə həsr olunmuşdur. Fotokampın təşkilatçısı Malatya Fotoğraf ve Sinema Sanatı Derneği (MAFSAD) idi. Foto kampın çağrışı “Çadrınla gəl” idi.

Fotokamp çərçivəsində tanınmış foto sənətçilərinin təqdimatları və ustad dərsləri, sərgilər, ekskursiyalar, təbiət gedişləri, velosiped turları, müxtəlif müsabiqələr və bir çox mədəni kütləvi tədbirlər keçirildi. Tarixi yerlərə ,Malatya kanyonları ilə tanışlıq, şəhərin görməli küçələrini ,dağlara dırmanma, gecələr tonqal ətrafında musiqi dinləmək kimi tədbirlər baş tutdu.

Foto kampda öz təqdimat və ustad dərslərini keçirən fotoqraflar Qocaman fotoqraf İbrahim Zaman, Wilko Van Herpen (Fotoqraf, aşbaz, Tv aparıcı) ,Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu, Mustafa Ertekin, Mehmet ÖMÜR, Ahu Ərdoğan Akbaş, Gülser GÜNAYDIN, Fəthi İzan, Gökhan Korkmazgil, Bülent Özgören, Sinan KILIÇ, Ayşegül ÇAKIR, Şeyda Ayten fotoqrafiya və yaradıcılıqları haqqında maraqlı təqdimatlar etdilər.

Azərbaycan fotoqrafiyası haqqında təqdimat və “Məlum qəhrəmandan obrazların yaranması” adlı araşdırması ilə çıxış edən Mirnaib Həsənoğlu AFB adından MAFSAD-a “Ailə albomu” fotoalbomu, Hacı Akif Ağayevin və AFB-nin fotokatoloqlarını hədiyyə etdi.

Rəsmi bağlanış günü Malatya valisi, bələdiyyə başçıları, millət vəkili və qonaqlar iştirak etdilər. Bağlanma günü tədbirdə 2000 yaxın ziyarətçi iştirak etdi. Malatya Fotoğraf ve Sinema Sanatı Derneği və AFB arasında əməkdaşlıq haqqında memarandum imzalandı.