6-12 iyun 2016 –cı il tarixlərində Başqurdstan Respublikasında XXVI Beynəlxalq “Başqurdstan. Təbiət. İnsan. Mədəniyyət-2016” aksiyası keçirildi. Bu aksiyanın ən vacib məqamı xarici ölkələrdən gəlmiş  fotoqraflarla respublikanən ayrı-ayrı rayonları ilə tanış etmək idi.

26-cı dəfə keçirilən fotoekpedisiyaya Rusiya Fotorəssamlar İttifaqının sədri, keçmiş Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kocmanavt, REA-nın müxbir üzvü Yuri Baturin başçılıq edirdi. İtaliya, İran, Azərbaycan, Kazaxstan, Moldova, Moskva və RF-nın ayrı-ayrı respublikalarından gələn professional fotoqraflar on bir rayonla tanış oldular.

Tədbirin ilk günü “Agidel” fotoklubunu 40 illiyinə həsr edilmiş  fotosərgi açıldı. Tədbirdə iştirak edən Azərbaycan Fotoqrafları Birliyinin sədr müavini Rauf  Umudov fotoklubun rəhbərinə AFB adından təbrik məktubu və Şərq əmədaşlığı çərçivəsində hazırlanmış “Mənim ailəm” Fotoalbomunu və Azərbaycan bayrağını müzeyiə hədiyyə etdi. “Başinforumda” mətbuat konfransı çıxış zamanı R.Umudov gələcəkdə Rusiya, Başqurdstan və Azərbaycan fotoqrafları arasında sıx əməkdaşlıq barədə memarandum imzalanacağı, yaradıcılıq təcrübəsi, müsabiqələr keçirilməsi barədə razılıq əldə olundu.

Fotoekpedisiya zamanı fotoqraflar Başqırtstan Pespublikasının Prezidentinin anası ilə görüşdülər. Qonaqları mehriban qarşılayan ana çay süfrəsinə dəvət etdi.

Tədbir zamanı çəkilmiş fotolar bu ilin sonunda hazırlanacaq foto kitaba daxil olacaq və 2020-ci ildə Avropa Folklyor festivalı zamanı təşkil olunacaq sərgi   və kitabda çap olunacaq.