10940637_10205190500994221_1464949473764787410_n

“Unutmadıq-unutmarıq” aylıq fotomüsabiqəsi

Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu 2016-cı il yanvar ayı ücün “Unutmadıq-unutmarıq” adlı aylıq foto müsabiqə elan edir.

Yanvar ayında keciriləcək aylıq müsabiqə 20 yanvar şəhidlərinin 26-cı il dönümünə həsr edilir.Göndərilən işlər 5 və ya 10 şəkildən ibarət reportaj da ola bilər.Yalnız 20 yanvar günü deyil , şəhər və rayon sakinlərinin 20 yanvarda şəhid olan ailələrin, onların xatirəsini əks etdirən sujetli fotolar olmalıdır.

Fotolar musabiqeafb@gmail.com ünvanına göndərilməlidir. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px yuxarı olmamalıdır. Hər iştirakçı müsabiqəyə 10-a qədər foto təqdim edə bilər. Reportaj, bədii janırda çəkilən fotolar olmalıdır. Müsabiqəyə fotolar 28 yanvar 2016-cı il tarixinə kimi təqdim olunmalıdır. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqosu yerləşdirmək və facebook profilində paylaşmaq olmaz. Təqdim olunmuş fotolar üzərində hec bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə(real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), bu ilin (2016) yanvar ayında çəkilmiş işlər qəbul olunur.Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə olunduqda müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmur. Fotolar Facebookda AFB “Ayliq Musabiqe” ı qrupunda yerləşdiriləcək. Müsabiqənin yekunu “Açıq qapı günü” toplantısında elan olunacaq.

Mövzunun müəllifi: Fərqanə Qasımlı.

Koordinator: Elxan Qəniyevdir.

 

 

 

Müsabiqənin yekunu

31 yanvar 2016-cı ildə Milli Qeyri-Hökümət təşkilatları Forumunun mənzil qərargahında AFB-in yanvar ayı üçün “Unutmadıq unutmarıq” adlı müsabiqəsinin yekununa həsr olunmuş “Açıq qapı” günü keçirilmişdir. Müsabiqəyə ay ərzində 25 iştirakçı fotoları ilə müraciət etmiş, onlardan 21-i müsabiqə şərtlərinə uyğun olaraq müsabiqəyə buraxılmışlar. 21 fotoqrafdan ümumilikdə 88 foto qəbul edilmişdi. Asim Talıb, Fətəli Fətəliyev və Ramiz Tarverdiyev münsiflər heyəti seçilmişdi. Ayın ən yaxşı fotolarının müəllifləri Kərimli Coşqun, Elxan Qəniyev və Müşviq Mirzəzadə seçilmişlər. Həvəsləndirici mükafata Süleymanlı Süleyman layiq görülmüşdü. Qeyd etmək lazımdır ki, müsabiqənin koordinatoru Elxan Qəniyev olmuşdu.

“Açıq qapı” gününün sonunda “İlin fotoqrafı 2015” tədbirinin təşkilati işlərində göstərdikləri köməyə görə təşəkkürnamələr təqdim edildi.

Fevral ayı üçün “Obyektivimizdən dostlarımız:Heyvanlar aləmi” adlanan yeni mövzu elan edildi.

Elxan Qeniyev Kərimli Coşqun MuşfiqMirzazede Suleymanli Suleyman

“Açıq Qapı” günü

Azərbaycan Fotoqrafları Birliyinin “Açıq Qapı” günü toplantısı 31 yanvar 2016-cı il tarixində saat 12-00-da təşkil olunacaq. Toplantıda yanvar ayı ücün nəzərdə tutulmuş “Unutmadıq-unutmarıq” adlı aylıq fotomüsabiqəyə yekun vurulacaq.Müsabiqənin koordinatoru Elxan Qəniyevdir.Müsabiqədə yer tutan üç qalib sertifikat və hədiyyələrlə təltif olunacaqlar.

Tədbirdə 2016-cı ilin fevral ayı üçün nəzərdə tutulmuş aylıq fotomüsabiqənin mövzusu elan ediləcək.

Ünvan: Zərgərpalan küçəsi 5, mənzil 56, 2-cı mərtəbə (DİN-in binasının arxasındakı bina, “Royal” musiqi mağazasının yanında)

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahı.

12631433_10208019690508570_2946526462467004362_n 12644831_10208019694748676_4412856959039047059_n 12644912_10208019693388642_6891882471732885588_n 12647193_10208019688708525_7807404912639515334_n 12654135_10208019706148961_2258097985113283458_n 12654692_10208019692548621_6596474604171438786_n 12661875_10208019696188712_3422633178229544219_n 12662452_10208019693588647_4071578273220228106_n 12687971_10208019697628748_970009471452115978_n