“Sirli siluet”

İnsan beyni əşyaları və obyektləri “bütünlük”dən “detallar”a doğru anlayır. Yəni ilk olaraq gördüyünün formasını, daha sonra kəşf etdikcə həmin obyektin detallarını görər və dərk edər. Kompozisiyada təsvir edilən obyektin ilk baxışdan dərk edilməsi üçün siluet foto çox idealdır. Tərs işığın yaratdığı siluetlər daim insanlarda maraq doğurar və qaranlığa qərq olmuş obyektin dünyası haqqında təsəvvürləri ortaya çıxardar. Bu baxımdan siluet fotolar çox sirli və insan təxəyyülünü kəşf etdirən foto çəkilişin nəticəsidir.

Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 30 iyun tarixinə kimi təqdim olunmalıdır, onlar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe qrupunda yerləşdiriləcək.

Mövzunun müəllifi: Günel Məmmədova.

Kordinator: Süleyman Süleymanlı.