Aylıq foto müsabiqənin yeni mövzusu insanlarda psixoloju durumu əks etdirən: məhəbbət, sevinc, xoşbəxtlik, təəccüb, iztirab, qorxu, qətiyyət, qəzəb. Bunlarla hər gün, günün istənilən vaxtında, istənilən məkanda görmək mümkündür. Fotoqrafiyanın diliylə belə psixoloji duruma yanaşma bədii formada təqdim olunması, model və məkan vəhdətinə diqqət yetirməklə bədii təsirə malik olmalıdır.

Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 1 aprel tarixinə kimi təqdim olunmalıdır, onlar bədii şuraya təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş mart ayında çəkilmiş işlər qəbul olunur.

Mövzunun müəllifi Rauf Umuddur.
Müsabiqənin kordinatoru Arzu Mürvətovadır.

Günel Memmedova Mələk Mirzoyeva Nikolay Şeqlov

Mukafatlandirma

“Emosiyalar” adlı müsabiqə

Azərbaycan Fotoqraflar Birliyinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil etdiyi ənənəvi “Açıq Qapı” günü toplantısı 3 Aprel 2016-cı il tarixində 13:00-da açıq elan edildi. Toplantını AFB idarə heyətinin yaradıcılıq məsələləri üzrə sədr müavini Rauf Umudov açdı. Nəzərinizə çatdıraq ki, bu ay üçün elan olunmuş mövzu “Emosiyalar” adlı müsabiqə idi. Müsabiqənin mövzu müəllifi Rauf Umudov, kordinatoru isə Arzu Mürvətova idi. Müsabiqənin kuratoru kimi çıxış edən Fərqanə Qasımlı sözü Arzu Mürvətovaya verdi. Qeyd edək ki, ümumilikdə müsabiqəyə 17 nəfər həvəskar və peşəkar fotoqraf 58 foto ilə qatılmışdır. Onlardan 4 nəfərin 16 fotosu müsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar müsabiqə elan olunduğu Mart ayı ərzində çəkilməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 13 fotoqrafdan 42 foto qəbul edildi. Fotolar açıq səs vermə yolu ilə seçildi. Belə ki, açıq səs çoxluğu ilə “Emosiyalar” aylıq müsabiqəsinin qalibləri Mələk Mirzoyeva, Günel Məmmədova və Nikolay Şeqlov oldu. Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplomla təltif olundu. Müsabiqənin kordinatorluğuna görə Arzu Mürvətovaya sertifikat təqdim olundu. Sonda Rauf Umudovun könüllü olaraq həvəskar və peşəkar fotoqrafların portfoliolarının açıq müzakirəsi təklifi nəticəsində fotoqraf Səfiyar Məcnunun portfoliosuna baxış keçirildi. Bununla da, Mart ayı üçün nəzərdə tutulmuş “Açıq qapı” günü toplantısına yekun vuruldu.

941363_1045126878897098_3902514584536807487_n 1929833_1045125068897279_7175364723652535_n 11218154_1045126798897106_3816609707104921426_n 12294699_1045126538897132_6405490350341304790_n 12321511_1045126562230463_9129105901405869125_n 12417739_1045127042230415_8335289872176286574_n 12472777_1045126258897160_4759025933266977993_n 12920467_1045126452230474_7832394496421283829_n 12924399_1045125792230540_1037080365787219176_n 12924609_1045125925563860_7011674431586768613_n 12932683_1045126675563785_4058842887567447918_n 12932863_1045125875563865_4293485051072660980_n 12938073_1045125748897211_707972936230021901_n 12938250_1045126252230494_8843717410072506439_n 12963579_1045126132230506_6181834648579751321_n