Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu fevral ayı ücün “ Heyvanlara sevgi və şəfqət” adlı aylıq foto müsabiqə elan edir.
Heyvanlar aləmi hər birimizin diqqət mərkəzində olan bir dünyadır. Hər birimiz evimizdə iri və ya xırda heyvanlar və ya quşlar saxlayırıq. Onlarla gündəlik təmasdayıq. Heyvanlar eyni zamanda sədaqət, dost rəmzidirlər, bəzən isə etinasızlıq və biganəliyin qurbanı. Sosial həyatımızın və duygularımızın bir hissəsinə çevrilən canlılara münasibət əsas qayə olaraq fotomüsabiqənin ana xətti elan edilir. Fotoqrafların qarşısında duran vəzifə heyvanlara münasibət, qayğı, heyvanlar aləmi ilə yanaşı heyvanlara xüsusi qayğı göstərən insanlar haqda olmalıdır. Müsabiqəyə makro, portret, küçə fotoqrafiyası kimi janrlarda olan fotolar təqdim oluna bilər. Təqdim olunmuş seriya fotolarda hansı isə bir sosial problemə aid olan fotolar yer ala bilər. Təqdim olunmuş sosial fotolarda cəmiyyətə sosial mesajın olması mütləqdir – cəmiyyətin onu əhatə edən canlılara münasibəti və ya canlıların cəmiyyətdə statusuna diqqət, cəmiyyətin ətrafındakı canlılara göstərdiyi qayğı, cəmiyyətdə canlılara qarşı mərhəmət hissinin formalaşması, uşaqların tərbiyəsində canlıların oynadığı rolu, şəfqət hissinin formalaşmasında onların oynadığı rolu göstərmək fotoqraflar qarşısında duran başlıca vəzifədir.
Müsabiqəyə fotolar musabiqeafb@gmail.com ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 27 fevral tarixinə kimi təqdim olunmalıdır, onlar bədii şuraya təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad,soyad,,fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş fevral ayında çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe qrupunda yerləşdiriləcək.

Müsabiqənin Kordinatoru Günel Məmmədovadır.

Nadejda cavad Pərvanə Mustafayeva Toğrul Hesenbeyli

Azərbaycan Fotoqraflar Birliyinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahında təşkil etdiyi ənənəvi “Açıq Qapı” günü toplantısı 28 Fevral 2016-cı il tarixində saat 15-00-da uğurla başa çatdı. Toplantını AFB-nin idarə heyətinin yaradıcılıq məsələıri üzrə sədr müavini Rauf Umudov açdı. Nəzərinizə çatdıraq ki, Fevral ayı üçün elan olunmuş mövzu “ Heyvanlara sevgi və şəfqət“ adlı fotomüsabiqə idi. Mövzunun müəllifi Rauf Umud,müsabiqənin koordinatoru isə Günel Məmmədova idi. Bu dəfə seçimlər fərqli olaraq açıq səs vermə ilə təyin olundu.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 25 nəfər həvəskar və peşəkar fotoqraf 67 foto ilə qatılmışdır. Onlardan 11 nəfərin 30 fotosu müsabiqənin şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar müsabiqə elan olunduğu Fevral ayında çəkilməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 14 fotoqrafdan 37 foto qəbul edildi. Nəticə olaraq, səs çoxluğu ilə “ Heyvanlara sevgi və şəfqət“ aylıq fotomüsabiqəsinin qalibləri Nadejda Cavadova, Toğrul Həsənbəyli və Pərvanə Mustafayeva oldu. Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplomla təltif olundu. Müsabiqənin koordinatorluquna görə Günel Məmmədovaya sertifikat təqdim olundu.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan “Bakı Simaları” adlı foto-müsabiqə haqqında ətraflı məlumat verildi. Fevral ayı üçün “Açıq Qapı” Günü toplantısına yekun vuruldu.

10264817_10208214337614626_9222037244458446371_n 12799225_10208214337574625_1509061638353622284_n 12802729_10208214337654627_2715826489380731727_n